"İsgəndər Həmidovun vəziyyəti kritikdir" - Həkim
Xüsusi

13 Fevral 2020

 

Azərbaycanın keçmiş daxili işlər naziri İsgəndər Həmidovun vəziyyəti kritikdir.

Bu barədəLent.az -a məlumat verən professor Adil Qeybulla bildirib ki, sabiq nazir bağlı bir neçə gün əvvəl qardaş Türkiyədən gəlmiş neyrocərrah, professor Kadir Tafta ilə konsultasiya edildi:

"Baş beynin tomoqrafiyası müayinəsi zamanı işemik prosesin artıq beynin hər iki yarımkürəsini əhatə etdiyi müəyyən edildi. Cərrahi əməliyyat və ya onun xaricə aparılması variantları məqsədəuyğun sayılmadı. Aparılan müalicə sxeminə müəyyən korrektələr edildi.

 

Hal-hazırda hemodinamikası inotrop (dərman preparatları hesabına) dəstəkdədir, qeyri-stabildir. Mütəmadi tənəffüs pozuntuları qeyd edilir. Bir sözlə, həkimlər onun həyatı ilə çarpışırlar".

ŞƏRHİNİZİ YAZIN

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.

Top