Qaxda baş verən partlayışla bağlı cinayət işi açıldı
Xüsusi

09 Oktyabr 2019

Qax rayonunda baş verən partlayışla bağı cinayət işi açılıb.

Oxu.Az-ın xəbərinə görə, araşdırma zamanı məlum olub ki, partlayış ələnən torpağın içərisində partlamamış partlayıcı maddə, yaxud hərbi sursatın partlaması nəticəsində baş verib. 

Qeyd edək ki, hdisə “Pivə zavodu” deyilən ərazidə qeydə alınıb. Qax rayon Kommunal Müəssisələr Kombinatının işçiləri təxminən 2-3 il əvvəl həmin küçəyə tökülmüş torpağı ələkdən keçirərkən qəfildən partlayış baş verib.

 

Hadisə zamanı altı nəfər - 1993-cü il təvəllüdlü Beraşvili Sarpion Rapo oğlu, 1955-ci il təvəllüdlü Beraşvilli Rapo Sarpion oğlu, 2000-ci il təvəllüdlü Papiaşvilli Beka Zaza oğlu, 1998-ci il təvəllüdlü Nuraşvilli David Zaza oğlu və 1980-cı il təvəllüdlü Nuruşvili Tamazi Napoleon oğlu və 1975-ci il təvəllüdlü Zeynalaşvili Jamali Andro oğlu müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Qax rayon Polis Şöbəsində cinayət işi başlanıb.

ŞƏRHİNİZİ YAZIN

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.

Top