DÜNYA (953)

Dünən saat 15:00 radələrində Ermənistanın Araqatsotn vilayətinin Aştarak şəhərində qəza baş verib. 

Addim.Az ordu.az-a istinadən xəbər verir ki, Aştarak şəhər sakini 27 yaşlı Mnatsakan Muradyan idarə etdiyi "VAZ-2016" markalı avtomobillə Aşatarak səhər küçələrindən birində 10 yaşlı P.Narek adlı uşağı vurub. 

Məlumata görə, M.Muradyan Ermənistan Müdafiə Nazirliyinin "N" nömrəli hərbi hissəsində qulluq edir. 

 

Qəzanın səbəbi isə uşağın topla oynayarkən, topun yola düşməsi və onun topun dalınca qaçarkən baş verməsi olub. Xəstəxanadan qəzada xəsarət alan uşağın vəziyyətinin ağır olduğu bildirilir.

Ermənistanın paytaxtı Yerevanda etiraz aksiyaları başlayıb.

Addim.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, aksiya iştirakçıları maaş azlığı əleyhinə nümayiş keçirirlər. "Müəllimlər, hərbçilər, dövlət işçiləri, taksi sürücüləri aldıqları maaşla ailələrini dolandıra bilmirlər. Onların 99%-i əlavə pul qazanmaqda çətinlik çəkirlər", - deyə aksiyaçılardan biri deyib.

 

Etirazçılar baş nazir Nikol Paşinyanı vəzifəyə seçilməzdən əvvəl verdiyi vədləri yerinə yetirməməkdə günahlandırıblar: "Nikol Paşinyanın özü vəd vermişdi ki, hamı üçün bərabər imkanlar olacaq. Nə üçün səs yığmaqdan ötrü insanları eyforiya vəziyyətinə saldı? Paşinyan heç bir inqilab etmədi, Serj Sarkisyan hakimiyyəti ona məcməyidə "hədiyyə etdi". Paşinyan Levon Ter-Petrosyanın etdiyini edir - "ağ soyqırım" törədir".

Alimlər bəşəriyyətin ciddi fəlakətlə üz-üzə olduğunu açıqlayıblar.

“Ölkə.Az” xəbər verir ki, Himalay dağlarındakı buzların üçdə ikisinin əriməsi böyük faciəyə səbəb olacaq. Bu buzlar planetin 2 milyard əhalisini su ilə təmin edir. Himalay dağlarındakı buzlar Qanq, İnd, Xuanxe, Mekonq və İravadi çaylarını su ilə təmin edir.

Alimlərin qənaətinə əsasən, qlobal istilər 2100-cü ilə qədər davam etsə, buzların üçdə ikisi yoxa çıxacaq. Buzlar Himalay dağlarında yerləşən Hindiquş dağ silsiləsində yerləşir. Bu buzlar dağ regionunun 250 milyon, çay vadisinin 1.65 milyard əhalisi üçün əsas su mənbəyi sayılır.

Himalay buzları 70 milyon il əvvəl yaranıb və tempratura qarşı çox həssasdırlar. 1970-ci illərdən buzlar əriməyə və yoxa çıxmaya başlayıb. Bundan başqa yüzlərlə buzlu göl su axınını saxlaya bilməz və faciəvi daşqınlar baş verə bilər.

 

Türkiyənin Suriya ilə sərhədində Şanlıurfada keçirilən xüsusi əməliyyat nəticəsində terror aktının qarşısı alınıb.

 
 

Yenicag.az xəbər verir ki, əməliyyat çərçivəsində 65 kiloqram partlayıcı maddə, eləcə də radioqəbuledici qurğular aşkar edilib.

Qarşısı alınan terror aktı PKK terror təşkilatı üzvləri tərəfindən hazırlanıbmış.

Amerikanın Orta və yaxın mənzilli Nüvə Qüvvələrinə dair müqavilədən çıxmasından sonra Rusiya prezidenti Vladimir Putin də ölkəsinin müqavilədəki iştirakını dayandırdığını bəyan etdi.

Addim.Az modern.az-a istinadən xəbər verir ki, Rusiya Vaşinqtona cavab olaraq 2021-ci ilə qədər yeni raket kompleksi hazırlayacaq.

1987-ci ildə ABŞ prezidenti Ronald Reyqan və SSRİ rəhbəri Mixail Qorbaçov tərəfindən imzalanmış müqaviləyə görə 500 km-dən 5500 km-ə qədər olan bütün nüvə raketləri qadağan edilməli idi.

Lakin Rusiya və Amerika qızğın silahlanmaya girişmişdi, bununla belə hər iki tərəf bir-birini müqavilənin şərtlərini pozmaqda ittiham edirdi.

Vaşinqton və Moskva müqaviləyə "stop" deyəndən sonra isə bəyan ediblər ki, yeni raket sistemlərinin hazırlanması planlaşdırılmır.

 

Vladimir Putin qeyd etmişdi ki, Rusiya balansındakı mövcud qanadlı raketləri yerdən buraxılması üçün çalışmalıdır.

Həmçinin hipersəs raketlərinin də təkmilləşdiriləcəyini bəyan etmişdi.

Moskvanın ittihamına görə, Birləşmiş Ştatların müqavilədən çıxmaq üçün irəli sürdüyü "arqument" bəhanədir. Qeyd olunur ki, ABŞ yeni raketlər hazırlamaq üçün müqavilədən çıxmaq istəyirdi. Vaşinqton isə bu ittihamlar rədd edir.

ABŞ-ın Tərksilah Konfransındakı daimi nümayəndəsi, səfir Robert Vud isə bildirib ki, Rusiya müqavilənin şərtlərinə əməl edəcəksə, Vaşinqton da öz mövqeyini təkrar gözdən keçirəcək.

Rusiya "Yaxın və Orta mənzilli raketlərin ləğvi haqqında" müqaviləni yerinə yetirmədiyi haqqında ittihamları təkzib edərək ABŞ-a etiraz notası göndərib.

Addim.Az report-a istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

 

Qeyd edək ki, Rusiya altı ay ərzində "Yaxın və Orta mənzilli raketlərin ləğvi" müqaviləsində iştirakını dayandıracağını bildirib.

Ermənistan 1991-ci ildə müstəqilliyini elan etdikdən bu günə qədər daxili və xarici siyasətində dəyişməyən, dəyişdirilməsi mümkün olmayan, dəyişdirilməsinə təşəbbüs edənlərin erməni xalqı və ya hər hansı gizli güc tərəfindən cəzalandırılan iki həyati məsələ var.

Addim.Az bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında politoloq Hatəm Cabbarlı deyib. O bildirib ki, bunlardan birincisi qondarma erməni soyqırımı, ikincisi isə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi-Dağlıq Qarabağ məsələsidir:

"Bu iki məsələ Ermənistanda bəzi aşkar, yaxud gizli siyasi partiya və təşkilatlara görə dövlət strukturunun məhək daşıdır. Onların məntiqinə görə, bu məhək daşlarından hər hansı biri zəifləyərsə, yaxud hökumət bunlardan hər hansı birini həll etməyə çalışarsa, dövlətin təməli zəifləyər, hətta çökə bilər. Bu problemlər Ermənistan dövləti və xalqı üçün tabudur. İnanclı insanlar Allahın varlığını necə sorğulamırsa, ermənilər də bu iki məsələyə aid siyasi görüşlərindən əl çəkmirlər".

Rusiya prezidenti Vladimir Putin Türkiyə vətəndaşlarına viza rejiminin tətbiqini qadağan edib.
 
Publika.az xəbər verir ki, Rusiyaya işgüzar səfərə gələn vətəndaşlar və yük maşınları sürücülərindən bundan sonra viza tələb olunmayacaq.
 
Bundan başqa, Moskva 2015-ci ildən tətbiq edilən bəzi iqtisadi sanksiyaları də ləğv edib.

"Fransanın qondarma "erməni soyqırımı" ilə bağlı bəyanatları məsuliyyətsizlikdir və bu, cavabsız qalmayacaq.

Addim.Az xəbər verir ki, bunu Trend-ə Türkiyə hökumətindəki mənbə Fransa prezidenti Emmanuel Makronun 1915-ci il hadisələri ilə bağlı açıqlamalarını şərh edərkən deyib.

Müsahibin sözlərinə görə, Fransanın bu cür açıqlamaları Türkiyə üçün siyasi əhəmiyyət kəsb etməsə də, Ankara bu təxribatçı addıma sərt cavab verəcək.

Belçikanın paytaxtı Brüsseldə Makedoniyanın NATO-ya üzv olmasını ehtiva edən sənəd imzalanıb.

Qətər dövləti Ermənistanın Dohada fəaliyyətə başlayacaq səfirliyinin maliyyə xərclərini üç il müddətinə qarşılamağı öz üzərinə götürüb.  

Addim.Az report-a istinadən xəbər verir ki, Ermənistanın Qətərdəki səfirliyinin saxlanılması üçün illik xərc 192 584 dollardır. Bu məbləğin 110 min dollarını üç il ərzində Qətər dövləti ödəyəcək.

 

Qeyd edək ki, Ermənistanın xarici ölkələrdəki səfirliklərində ixtisar aparılır.

İsrailin “Aeronautics Defense Systems” LTD şirkəti Azərbaycana təzədən pilotsuz uçan aparatlar (PUA) - kamikadzelər tədarük edəcək. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə “The Times og İsrael” nəşri yazıb. Nəşr bildirir ki, İsrailin Müdafiə Nazirliyi şirkət tərəfindən “Orbiter 1K” PUA-ların satışına qadağanı artıq götürüb.

Xatırladaq ki, adı çəkilən kampaniya ilə bağlı qalmaqal 2017-ci ilin yayında yaranmışdı. O zaman yeni PUA-lar almağa hazırlaşan Azərbaycan nümayəndələri guya şirkətin ölkəmizə gələn əməkdaşlarından xahiş ediblər ki, bu dronların imkanlarını əyani nümayiş etdirsinlər və bundan ötrü də guya operatorlara Qarabağdakı erməni mövqelərinə zərbə endirməyi təklif ediblər. O vaxt bu haqda erməni tərəfi də süni hay-küy qaldırmışdı.

Ancaq bununla belə, Azərbaycanla İsrail arasında hərbi-texniki əməkdaşlıq heç vaxt dayanmayıb. Özü də bu əməkdaşlıq İsraildən ötrü yalnız kommersiya maraqları baxımından önəmli deyil. Məsələ ondadır ki, rəsmi Təl-Əviv Qarabağ məsələsində ədalətli mövqe tutur, ölkəmizin ərazi bütövlüyünü tanıyır, Azərbaycan torpaqlarının işğalını qəbul eləmir. İki ölkə arasında energetika, iqtisadi-ticari, təhlükəsizlik sahələri üzrə də əlaqələr kifayət qədər dərindir...

*****

Qəribədir ki, İsrail öz torpaqlarını erməni işğalından azad eləməyə çalışan Azərbaycanın ordusunu gücləndirməkdə qərarlı ikən qərb qonşumuz və “strateji tərəfdaşımız” Gürcüstanın Ermənistana öz ərazisindən dəhliz açmaq niyyətinin ciddi olması üzə çıxıb. Axalkalakidə Xocalı canisinə abidə qoyuluşu azmış kimi, indi də rəsmi Tiflisin təcavüzkar ölkənin iqtisadi durumunu yaxşılaşdıracaq bir projenin içində yerdə aldığı məlum olur. Özü də projenin müəllifi Gürcüstan torpaqlarını işğal altında saxlayan, 2008-ci ildə onun iki regionunu (Abxaziya və Cənubi Osetiya) zorla özünə birləşdirib onları dövlət kimi tanıyan və hərbi qalalara çevirən Rusiyadır. Maraqlıdır ki, Tiflis rəsmilərinin özləri Rusiyanı daima işğalçı adlandırırlar. 

Ermənistana aşılacaq dəhlizə gəlincə, xəbər verilir ki, Gürcüstan Rusiya ilə ticarət və yüklərin tranziti haqqında saziş çərçivəsində Abxaziya və Cənubi Osetiya ilə sərhəddə gömrük nəzarəti məntəqələri açmağa hazırdır. Bu haqda “Kommersant” nəşrinə Rusiya hökumətindəki mənbə bildirib (virtualaz.org).

“Əslində sazişin şərtləri Gürcüstanı vadar edir ki, Abxaziyanı və Cənubi Osetiyanı müstəqil gömrük əraziləri kimi tanısın”, - nəşrin həmsöhbəti bildirib. Mənbənin sözlərinə görə, müqavilənin əsas məğzi ondan ibarətdir ki, 2008-ci ildən sonra “Gürcüstanın yeni gömrük sərhədləri çəkilib”. Tbilisidə buna belə baxış bucağından baxmağı qəbul etmirlər.

“Siyasi debatlara daxil olmuruq və bacardıqca kəskin mövzulardan çəkinirik. Anlayırıq ki, sazişin dəyəri onun neytral statusundadır” - Rusiya ilə münasibətlər üzrə Gürcüstan baş nazirinin xüsusi nümayəndəsi Zurab Abaşidze belə deyib.

*****

Məlumat üçün bildirək ki, Gürcüstanla Rusiya arasında ikisinin sözügedən ərazilərdən keçdiyi üç ticarət dəhlizinin yaradılmasını nəzərdə tutan saziş 2011-ci ildən hazırlanır. Eyni zamanda, sənəd sərt şəkildə yalnız mal axınının monitorinqi üzrə öhdəlikləri tənzimləyir və dəhlizlərin avtomatik açılmasını ehtiva etmir. Yüklərin monitorinqi və onların markalanması ilə İsveçrənin “Societe Generale de Surveillance” (SGS) şirkəti məşğul olacaq. Əvvəlcədən hər iki tərəf inadla Abxaziya və Cənubi Osetiyanın qanuni şəkildə təsbit edilmiş statusunun əks olunmasına çalışırdı: Rusiyada bu ərazilər müstəqil, Gürcüstanda isə Rusiya tərəfindən işğal edilmiş hesab olunur. Lakin nəticədə, bu maddə sazişə daxil edilmədi.

Gürcüstanın Abxaziya və Cənubi Osetiya ilə sərhədləri açmasında ən çox maraqlı olan tərəflərdən biri də təbii ki, Ermənistandır. Çünki Ermənistanla Rusiya arasında quru əlaqəsi və nəticədə yükdaşımalar asanlaşacaq. İşğalçı ölkə Rusiya ilə Gürcüstan üzərindən ancaq Hərbi Gürcüstan Yolu ilə əlaqə saxlaya bilirdi və bu yolun Yuxarı Lars keçidi qış aylarında tez-tez bağlanır, habelə yaz-yay aylarında daşqınlar nəticəsində yolda hərəkət dayanır. Bu baxımdan Gürcüstanın ərazi bütövlüyü prinsipini şübhə altına qoymaqla Abxaziya və Cənubi Osetiya ilə sərhədləri açması Ermənistanın faktiki blokada vəziyyətindən çıxmasına xidmət edir və demək, Azərbaycana qarşı xain bir addımdır.

*****

“Gürcüstan hakimiyyəti işğal altındakı Abxaziya və Cənubi Osetiya üzərindən Rusiya ilə ticarət mübadiləsinin uzun illərdən sonra bərpasına razılaşmağa hazırlaşır. Danışıqlar yekunlaşmağa yaxındır”. Bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, Gürcüstanın Abxaziya və Cənubi Osetiyanı işğal edən Rusiya ilə anlaşması ona bənzəyərdi ki, Azərbaycan işğal altındakı Dağlıq Qarabağ üzərindən Ermənistanla ticarət mübadiləsini bərpa edərdi. “Biz buna heç zaman razılaşmarıq. Ancaq gürcülər fərqli düşünürlər. Gürcüstan Abxaziya və Cənubi Osetiya üzərindən Rusiya ilə ticarət mübadiləsinə ”yaşıl işıq" yandırsa, avtomatik olaraq Ermənistana da yol açılacaq. Bu işğalçı Ermənistanın köhnə arzusudur", - deyə o qeyd edib.

Politoloq da xatırladıb ki, hazırda Rusiya ilə Ermənistanı Gürcüstan üzərindən birləşdirən yeganə nəqliyyat yolu dağlardan keçən “Böyük Lars”dır: “Ancaq bu yol uçqunlar səbəbindən çox zaman işlək deyil. Ermənistan bu yoldan istifadə edə bilmir, iqtisadiyyatında böyük problemlər yaranır. Abxaziya yolu açılsa isə Ermənistan Rusiya ilə həm quru, həm də dəmiryolu ilə birləşəcək. Bu da Tiflisin Bakıya növbəti ”mesajı" olacaq".

*****

Rəsmi Bakı təbii ki, bu mesajı adekvat şəkildə qəbul edəcək və ona reaksiya verəcək. Həmçinin qardaş Türkiyə bu faktı görməzlikdən gəlməyəcək. Azərbaycan və Türkiyə isə Gürcüstan dövlətinin əsas iqtisadi-ticari tərəfdaşı və maliyyə sponsorudur. Eyni zamanda, bu ölkənin energetik və digər təhlükəsizliyi xeyli dərəcədə Bakı və Ankaradan asılıdır.

Əlavə edək ki, ötən ilin noyabrında Gürcüstanda ermənilərə simpatiyası olan Salome Zurabişvilinin prezident seçilməsindən sonra Azərbaycana münasibətdə gizli rusiyapərəst gürcü hakimiyyətinin qeyri-dost gedişlər edəcəyini istisna etməmişdik. Az sonra Axalkalaiidə Xocalı canisinə abidə qoyuldu və aydın oldu ki, Tiflis Bakının sərt etirazlarına rəğmən, həmin abidəni sökdürmək üçün əlini ağdan-qaraya vurmaq fikrində deyil. İndi isə Gürcüstan Ermənistanı dardan qurtarmaq üçün ona yeni dəhliz açır. Təsadüfmü?.. 
“Yeni Müsavat”
 

Niderland hökuməti 2004-cü ildə Dövlət muzeyi qarşısındakı meydanda quraşdırılan paytaxtın ən məşhur rəmzini - “I am Amsterdam”ı sökmək qərarına gəlib, bu barədə “de Volkskrant” məlumat yayıb.

Belə ki, “Yaşıl sollar” partiyasının məşhur ağ-qırmızı yazını aradan götürmək təklifini Amsterdam şəhər icması da dəstəkləyib. Təklifi irəli sürənlər hesab edir ki, “Mən – Amsterdamam” şüarı fərdi xarakter daşıyır və “həmrəylik və müxtəliflilik” adına layiq şəhərə yaraşmır.

Hər halda, məşhur yazının fonunda şəkil çəkdirə bilməyən turistlər üzülməyə bilər. Belə ki, şəhər rəhbərliyi onu şəhərin daha az tanınan yerinə köçürəcək.

Daha əvvəl, yerli əhali Van Qoq və Remdrandtın ən gözəl əsərləri ilə deyil, marixuana və spirtli içkilərdən istifadə etməyə gələn çoxlu sayda turistlərə qarşı üsyan ediblər.

Bundan əlavə, Amsterdam şəhər rəhbərliyi “Qırmızı fənərlər” küçəsinin işçilərinin şəkillərini çəkməyə və onların üzlərinə baxmağa da qadağa qoymuşdu.

48 -dən səhifə 48
Top