DÜNYA (866)

ABŞ Rusiya-Türkiyə danışıqlarının hər mərhələsində S-400 müqaviləsinin qarşısını almağa çalışıb.

Addim.Az Axar.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə rusiyalı mütəxəssis Vladimir Fitin çıxış edib.

 

"ABŞ Türkiyənin S-400 almaması üçün hər yolu sınayıb. Yeni bir şey baş verməyib, onlar bu siyasətinə davam edir. Ancaq türkiyəli rəsmilərin, xüsusən də Prezident Rəcəb Tayyib Ərdoğanın açıqlamalarına əsasən, heç bir xarici təsir və ya başqa bir amil bu qərara təsir edə bilməz", - Fitin qeyd edib.

"Dövlət işinə biznes kimi baxmaq olmaz". 

Addim.Az Sputnik Ermənistan-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Respublika icmalarının nümayəndələrinin iştirakı ilə baş tutan forum zamanı bildirib.

Paşinyan öz jurnalist və deputat təcrübəsinə istinad edərək bildirib ki, istənilən icmada ən çox nəzərə çarpan obyekt yerli administrasiyasının rəhbərinə məxsus olur.

 

Baş nazir xatırladıb ki, bu obyektlərin sahibləri tutduğu vəzifələrdən sui-istifadə edərək illər ərzində vergidən yayınırlar: "Yeni Ermənistanda bu yolverilməzdir. Bütün bunların geri qayıda biləcəyinə inanmayın".

O, vurğulayıb ki, əvvəlki normalara qayıtmaq mümkün olmayacaq və yerli məmurları irəliyə doğru hərəkət etməyə çağırıb.

Ermənistan ordusunun sıravi əsgəri zabiti güllələyərək öldürüb.

Addim.az "report"a istinadən xəbər verir ki, məlumatı Ermənistanın İstintaq Komitəsi yayıb.

Məlumata görə, həqiqi hərbi xidmət çağırışçısı sıravi A.K. tabeliyində olan silahla baş leytenant Mesrop Rubikoviç Qriqoryana öldürmək məqsədi ilə atəş açıb.

Nəticədə Silahlı Qüvvələrin baş leytenantı, 1985-ci ilin oktyabrın 18-də anadan olmuş M.Qriqoryan hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlayıb. Sıravi A.K. saxlanılıb. İstintaq davam edir.

Titov adına Barnaul hava limanında Barnaul-Moskva reysini həyata keçirən təyyarədə insident baş verib.

Addim.Az qafqazinfo-ya istinadən xəbər verir ki, "Uralskie avialinii" aviaşirkətinə məxsus təyyarənin enişindən sonra 10 sərnişin pilləkəndən yıxılıb. Nəticədə, 6 nəfər yüngül xəsarət alıb, 4 nəfər isə ağır yaralanaraq xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı cinayət işi açılıb.

Rusiya və Türkiyə prezidentləri arasında növbəti telefon danışığı olub.
 
"Addim” "Milliyet”ə istinadən xəbər verir ki, Rusiya tərəfinin təşəbbüsü ilə baş tutan söhbət zamanı Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana fevralın 7-də İstanbulda yaşayış binasının çökməsi nəticəsində həyatını itirən 18 nəfərə görə başsağlığı verib.

Pentaqonun aparıcı kəşfiyyat agentliyi xəbərdarlıq edir ki, Rusiya və Çin Birləşmiş Ştatların kosmosda üstünlüyünə tezliklə təhdid yaradacaq texnologiya qururlar.

Müdafiə Kəşfiyyatı Agentliyi bu xəbərdarlığı fevralın 11-də dərc etdiyi hesabatda irəli sürüb.

Agentlik ABŞ peyklərinə ziyan vura biləcək lazerlərin daha çox narahatlıq yaratdığını vurğulayır.

Qurumun bildirməsinə görə, həm Moskva, həm də Pekin kosmosa yönəlik nəzarət və kəşfiyyat texnologiyası hazırlayıblar.

Hesabatda deyilir ki, Çin istifadə olunan peyklərin sayına görə Birləşmiş Ştatlardan sonra ikinci yerdədir. Ondan sonra gələn Rusiyanın isə orbitdə 140-dan artıq peyki olduğu bildirilir.

İran və Şimali Koreya da orbitdə maneə yaratmaq qabiliyyətlərini nümayiş etdiriblər, agentlik bildirir.
 

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili hələlik ölkəsinə geri qayıtmaq haqda düşünmür.
 
Addim.az teleqraf.com-a istinadla xəbər verir ki, o bu barədə Belçikada keçirilən beynəlxalq konfansda çıxışı zamanı bildirib.
 
Mixail Saakaşvili fikrini Gürcüstana qayıtmaq üçün şərtlərin uyğun olmaması ilə əsaslandırıb:
 
"Bu gün evə qayıtmaq üçün vəziyyət əlverişli deyil. Qarşıdakı həftələrdə və aylarda bu əlverişli imkanı hazırlamaq lazımdır. Çünki ölkəmizin dağılmasına kənardan baxmaq ağırdır".
 
Mixail Saakaşvili Gürcüstanda kəskin siyasi dəyişiklik üçün hazır plana sahib olduğunu da açıqlayıb: "Təcili və kəskin dəyişiklik üçün planım var. Hələlik ölkə oliqarxların əlindədir"

Ermənistanın Müdafiə Nazirliyi son vaxtlar orduda baş verən əsgər ölümlərinin gizlədilməsinə dair iddiaları cavablandırıb.

Addim.az teleqraf.com-a istinadla xəbər verir ki, Nazirliyin mətbuat xidmətinin rəhbəri Artsrun Ovannisyan Feysbuk hesabında sonuncu dəfə baş vermiş ölüm hadisəsinin gizlədilmədiyini, sadəcə ictimaiyyətə vaxtında məlumat verilmədiyini qeyd edib.

"Yeni il axşamı müqaviləli hərbi qulluqçu Edqar Qriqoryanın ölümü ilə bağlı informasiya verilmədi, lakin ört-basdır da etmədik. Hərbçinin ölümünün səbəbi hələ bəlli deyil. Ölüm haqqında məlumat istintaqa mane olmamaq üçün verilməyib", deyə Ovannisyan qeyd edib.

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov diplomatik xidmətin çətinlikləri barədə danışıb.

Addim.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə XİN rəhbəri Diplomatlar günü münasibətilə təbriki zamanı bildirib.

 

"Xarici siyasət sahəsində çalışmaq həmişə ən yüksək keyfiyyətləri, ümumi bilgilərə sahib olmağı, hərtərəfli dünyagörüş, qələmindən ustalıqla istifadəni tələb edib. Diplomatik xidmət heç vaxt asan olmayıb. Milli maraqları müdafiə etmək isə çox vaxt həyati risk yaradır", - Lavrov qeyd edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında şəxsi heyətin mübadiləsinə dair protokolu təsdiq edib.

“Addim.Az”ın Trend-ə istinadən məlumatına görə, sənəd iki ölkənin Silahlı Qüvvələri arasında hərbi təlim-tədris və əməkdaşlıq fəaliyyətlərini inkişaf etdirmək məqsədi daşıyır.

Protokol tərəflər arasında icra ediləcək fəaliyyətlərdə iştirak edəcək Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinə mənsub olan şəxsi heyətlə bu fəaliyyətlərin icra ediləcəyi hərbi hissə, təşkilat və müəssisələri əhatə edir.

 

Həmçinin protokolun məqsədi Türkiyə Baş Qərargahı ilə Azərbaycanın Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti arasında həyata keçiriləcək şəxsi heyət mübadilələrinin icra əsaslarını, icra müddətində vəzifə, səlahiyyət və öhdəlikləri müəyyənləşdirməkdir.

Azərbaycanda dinc əhalini qətlə yetirmiş "Kobra" ləqəbli terroçu Mikail Avakyana Gürcüstanın Axalkalaki bələdiyyəsinin Buqaşen kəndində abidə qoyulması həm azərbaycanlı, həm də gürcü ictimaiyyətinin etirazına səbəb olub. Ötən gün Tbilisidə Gürcüstan parlamentinin binası önündə azərbaycanlılar, gürcülər, Abxaziya müharibəsi veteranları və ziyalılarla birlikdə keçirdikləri etiraz aksiyası narazılığın ciddi olmasından xəbər verirdi. Onlar Gürcüstanın separatizmdən əziyyət çəkdiyini və belə bir zamanda bir separatçıya Gürcüstan ərazisində abidə qoyulmasını kəskin pislədilər və bunun birbaşa Gürcüstana zidd olduğunu bəyan etdilər.

Addim.az bildirir ki, modern.az-ın əldə etdiyi məlumata görə, Gürcüstan hökuməti etirazların geniş vüsət almasından, həmçinin, rəsmi Tbilisinin də Abxaziya və Cənubi Osetiya münaqişələrində separatizmdən zərər çəkdiyini nəzərə alaraq Mixail Avaqyannın Buqaşen kəndindəki büstünü götürmək qərarına gəlib.

 

Bundan xəbər tutan öyrədilmiş və Gürcüstanda aranı qarışdırmaq istəyən ermənilər heykəlin gecə ilə götürülməsindən narahat qalaraq büstün qarşısında keşik çəkməyə başlayıblar. Məlumata görə, onlar öz aralarında növbə bölgüsü edərək separatçının büstünü gecə-gündüz qorumaq qərarına gəliblər.

Qeyd edək ki, bir neçə gün bundan qabaq Gürcüstanın Axalkalaki rayonunun Buqaşen kəndində erməni terrorçu Mikael Avakyana abidə qoyulub. Erməni separatçıya abidənin qoyulması Azərbaycan və Gürcüstan ictimaiyyətinin etirazlarına səbəb olub.

Rusiyanın Xarici İşlər Nazirliyinin başçısının müavini Sergey Verşınin Suriyanın İdlib vilayətində hərbi əməliyyatın keçirilməsi imkanını qiymətləndirib.

Addim.az publika.az-a istinadən xəbər verir ki, diplomatın sözlərinə görə, Rusiya bu vilayətdə terrorçuların konservləşməsini lazım hesab etmir.

"Biz, Suriya və başqa ölkələr həmişə deyirik ki, hardasa terrorizm mərkəzinin möhkəmlənməsi ilə barışmayacağıq. Xüsusən, bu gün pis tendensiya var, "An-Nüsra" Cəbhəsi və onun bazasında yaradılmış "Hayyat Tahrir aş-Şam" İdlib üzərində nəzarətini genişləndirirlər. Bu nəzarət demək olar ki, İdlibin bütün ərazisinə yayılıb. Bu, ən pis dəyişiklikdir. BMT və Rusiya bu qruplaşmaları terror qruplaşmaları hesab edir, onlarla, danışıqlar aparmaq, əlaqələr qurmaq mümkün deyil", - o əlavə edib.

Verşınin sözlərinə görə, İdlibdə mümkün hərbi əməliyyat ən effektiv şəkildə aparılacaq.

Rusiyanın xarici işlər nazirinin müavini daha əvvəl bildirib ki, İdlib vilayətində Türkiyə və Rusiya arasında razılaşdırılan silahsızlaşdırılmış zona indiyə qədər işləməyə başlamayıb. Rusiya diplomatı Türkiyəni öz vədlərinin icrasını maksimum sürətləndirməyə çağırıb.

Xatırladaq ki, Soçidə sentyabrın 17-də Rusiya və Türkiyə prezidentləri – Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında danışıqların nəticəsinə görə, iki ölkənin müdafiə nazirləri İdlibdə vəziyyətin sabitləşməsi haqqında memorandumu imzalayıblar və vilayətdə silahsızlaşdırılmış zonanın yaradılması barədə razılaşıblar.

Bu razılaşma ilə Türkiyə vilayətdə Rusiya və Suriya qüvvələrinin əməliyyat aparmasının qarşısını almış, Türkliyə istiqamətində növbəti qaçqın axınını əngəlləyə bilmişdi. Verşıninin bu bəyanatı isə İblibdə əməliyyatın anonsu hesab oluna bilər.

Qeyd edək ki, hazırda Soçi razılaşmasına uyğun olaraq Türkiyə İdlib vilayətində nəzarət-müşahidə məntəqələri qurub.

"Qarabağ separatçısına abidə qoyulması təxribatdır və Gürcüstan-Azərbaycan münasibətlərinə ziyan vurmaq məqsədi daşıyır". 

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, bunu aksiya təşkilatçılarından olan Sevinc Hümbətova bildirib. 

Onun sözlərinə görə, erməni separatçıya Gürcüstan torpağında büstün qoyulması bu dövlət qarşı da yönəlib: "Biz büstün tezliklə götürülməsini tələb edirik". 

Politoloq Simon Kopadze çıxışında deyib ki, aksiyanın məqsədi yalnız Mixail Avaqyana büstün qoyulmasına qarşı deyil, separatçılığa da etiraz etməkdir: "Separatçıya Gürcüstanda büst qoyulması təxribatdır və abidə götürülməlidir".
Politoloq Quram Marxulia çıxışında Mixail Avaqyanın əlinin günahsız azərbaycanlı uşaq, qadın və qocaların qanına batdığını vurğulayıb: "Büstün qoyulması Gürcüstan-Azərbaycan dostluğuna qarşı yönəlib. Yaşasın Azərbaycan-Gürcüstan dostluğu!".

Deputat Azər Süleymanov qeyd edib ki, Gürcüstan azərbaycanlıların vətənidir və vətəndə separatçıya abidə qoyulmamalıdır: "Gürcüstan özü də separatizimdən əziyyət çəkir, torpaqlarının 20 faizi işğal olunub. Gürcüstanda separatçılığın təbliği, separatçıların qəhrəmanlaşdırılıb onlara abidələrin qoyulması qəbuledilməzdir".

Aksiya çıxışlarla davam etdirilir.

*** 14:44

Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında Qarabağ separatçısı Mixail Avaqyana büstün qoyulmasına etiraz olaraq azərbaycanlıların və gürcülərin birgə etiraz aksiyası keçirilir.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, aksiya iştirakçıları büstün ucaldılmasını qanunsuz adlandıraraq onun götürülməsini tələb edirlər.

Aksiyada azərbaycanlı gənclər, tələbələr, iş adamları ilə yanaşı, gürcü gənclər, politoloqlar, Abxaziya müharibəsinin veteranları da iştirak edirlər.

Etirazçılar əllərində Azərbaycan və Gürcüstan bayraqlarını tutublar. Onlar bildirirlər ki, Mixail Avaqyana büstün qoyulması Azərbaycan-Gürcüstan münasibətlərinə xələl gətirmək məqsədi ilə ermənilərin həyata keçirdiyi növbəti təxribatdır.

Gürcüstan parlamentinin qarşısında azərbaycanlıların və gürcülərin birgə aksiyası keçirilir - FOTO - YENİLƏNİB
Gürcüstan parlamentinin qarşısında azərbaycanlıların və gürcülərin birgə aksiyası keçirilir - FOTO - YENİLƏNİB
Gürcüstan parlamentinin qarşısında azərbaycanlıların və gürcülərin birgə aksiyası keçirilir - FOTO - YENİLƏNİB
Gürcüstan parlamentinin qarşısında azərbaycanlıların və gürcülərin birgə aksiyası keçirilir - FOTO - YENİLƏNİB
Gürcüstan parlamentinin qarşısında azərbaycanlıların və gürcülərin birgə aksiyası keçirilir - FOTO - YENİLƏNİB
Gürcüstan parlamentinin qarşısında azərbaycanlıların və gürcülərin birgə aksiyası keçirilir - FOTO - YENİLƏNİB
Gürcüstan parlamentinin qarşısında azərbaycanlıların və gürcülərin birgə aksiyası keçirilir - FOTO - YENİLƏNİB

Dünən saat 15:00 radələrində Ermənistanın Araqatsotn vilayətinin Aştarak şəhərində qəza baş verib. 

Addim.Az ordu.az-a istinadən xəbər verir ki, Aştarak şəhər sakini 27 yaşlı Mnatsakan Muradyan idarə etdiyi "VAZ-2016" markalı avtomobillə Aşatarak səhər küçələrindən birində 10 yaşlı P.Narek adlı uşağı vurub. 

Məlumata görə, M.Muradyan Ermənistan Müdafiə Nazirliyinin "N" nömrəli hərbi hissəsində qulluq edir. 

 

Qəzanın səbəbi isə uşağın topla oynayarkən, topun yola düşməsi və onun topun dalınca qaçarkən baş verməsi olub. Xəstəxanadan qəzada xəsarət alan uşağın vəziyyətinin ağır olduğu bildirilir.

Ermənistanın paytaxtı Yerevanda etiraz aksiyaları başlayıb.

Addim.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, aksiya iştirakçıları maaş azlığı əleyhinə nümayiş keçirirlər. "Müəllimlər, hərbçilər, dövlət işçiləri, taksi sürücüləri aldıqları maaşla ailələrini dolandıra bilmirlər. Onların 99%-i əlavə pul qazanmaqda çətinlik çəkirlər", - deyə aksiyaçılardan biri deyib.

 

Etirazçılar baş nazir Nikol Paşinyanı vəzifəyə seçilməzdən əvvəl verdiyi vədləri yerinə yetirməməkdə günahlandırıblar: "Nikol Paşinyanın özü vəd vermişdi ki, hamı üçün bərabər imkanlar olacaq. Nə üçün səs yığmaqdan ötrü insanları eyforiya vəziyyətinə saldı? Paşinyan heç bir inqilab etmədi, Serj Sarkisyan hakimiyyəti ona məcməyidə "hədiyyə etdi". Paşinyan Levon Ter-Petrosyanın etdiyini edir - "ağ soyqırım" törədir".

Alimlər bəşəriyyətin ciddi fəlakətlə üz-üzə olduğunu açıqlayıblar.

“Ölkə.Az” xəbər verir ki, Himalay dağlarındakı buzların üçdə ikisinin əriməsi böyük faciəyə səbəb olacaq. Bu buzlar planetin 2 milyard əhalisini su ilə təmin edir. Himalay dağlarındakı buzlar Qanq, İnd, Xuanxe, Mekonq və İravadi çaylarını su ilə təmin edir.

Alimlərin qənaətinə əsasən, qlobal istilər 2100-cü ilə qədər davam etsə, buzların üçdə ikisi yoxa çıxacaq. Buzlar Himalay dağlarında yerləşən Hindiquş dağ silsiləsində yerləşir. Bu buzlar dağ regionunun 250 milyon, çay vadisinin 1.65 milyard əhalisi üçün əsas su mənbəyi sayılır.

Himalay buzları 70 milyon il əvvəl yaranıb və tempratura qarşı çox həssasdırlar. 1970-ci illərdən buzlar əriməyə və yoxa çıxmaya başlayıb. Bundan başqa yüzlərlə buzlu göl su axınını saxlaya bilməz və faciəvi daşqınlar baş verə bilər.

 

Türkiyənin Suriya ilə sərhədində Şanlıurfada keçirilən xüsusi əməliyyat nəticəsində terror aktının qarşısı alınıb.

 
 

Yenicag.az xəbər verir ki, əməliyyat çərçivəsində 65 kiloqram partlayıcı maddə, eləcə də radioqəbuledici qurğular aşkar edilib.

Qarşısı alınan terror aktı PKK terror təşkilatı üzvləri tərəfindən hazırlanıbmış.

Amerikanın Orta və yaxın mənzilli Nüvə Qüvvələrinə dair müqavilədən çıxmasından sonra Rusiya prezidenti Vladimir Putin də ölkəsinin müqavilədəki iştirakını dayandırdığını bəyan etdi.

Addim.Az modern.az-a istinadən xəbər verir ki, Rusiya Vaşinqtona cavab olaraq 2021-ci ilə qədər yeni raket kompleksi hazırlayacaq.

1987-ci ildə ABŞ prezidenti Ronald Reyqan və SSRİ rəhbəri Mixail Qorbaçov tərəfindən imzalanmış müqaviləyə görə 500 km-dən 5500 km-ə qədər olan bütün nüvə raketləri qadağan edilməli idi.

Lakin Rusiya və Amerika qızğın silahlanmaya girişmişdi, bununla belə hər iki tərəf bir-birini müqavilənin şərtlərini pozmaqda ittiham edirdi.

Vaşinqton və Moskva müqaviləyə "stop" deyəndən sonra isə bəyan ediblər ki, yeni raket sistemlərinin hazırlanması planlaşdırılmır.

 

Vladimir Putin qeyd etmişdi ki, Rusiya balansındakı mövcud qanadlı raketləri yerdən buraxılması üçün çalışmalıdır.

Həmçinin hipersəs raketlərinin də təkmilləşdiriləcəyini bəyan etmişdi.

Moskvanın ittihamına görə, Birləşmiş Ştatların müqavilədən çıxmaq üçün irəli sürdüyü "arqument" bəhanədir. Qeyd olunur ki, ABŞ yeni raketlər hazırlamaq üçün müqavilədən çıxmaq istəyirdi. Vaşinqton isə bu ittihamlar rədd edir.

ABŞ-ın Tərksilah Konfransındakı daimi nümayəndəsi, səfir Robert Vud isə bildirib ki, Rusiya müqavilənin şərtlərinə əməl edəcəksə, Vaşinqton da öz mövqeyini təkrar gözdən keçirəcək.

Rusiya "Yaxın və Orta mənzilli raketlərin ləğvi haqqında" müqaviləni yerinə yetirmədiyi haqqında ittihamları təkzib edərək ABŞ-a etiraz notası göndərib.

Addim.Az report-a istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

 

Qeyd edək ki, Rusiya altı ay ərzində "Yaxın və Orta mənzilli raketlərin ləğvi" müqaviləsində iştirakını dayandıracağını bildirib.

Ermənistan 1991-ci ildə müstəqilliyini elan etdikdən bu günə qədər daxili və xarici siyasətində dəyişməyən, dəyişdirilməsi mümkün olmayan, dəyişdirilməsinə təşəbbüs edənlərin erməni xalqı və ya hər hansı gizli güc tərəfindən cəzalandırılan iki həyati məsələ var.

Addim.Az bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında politoloq Hatəm Cabbarlı deyib. O bildirib ki, bunlardan birincisi qondarma erməni soyqırımı, ikincisi isə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi-Dağlıq Qarabağ məsələsidir:

"Bu iki məsələ Ermənistanda bəzi aşkar, yaxud gizli siyasi partiya və təşkilatlara görə dövlət strukturunun məhək daşıdır. Onların məntiqinə görə, bu məhək daşlarından hər hansı biri zəifləyərsə, yaxud hökumət bunlardan hər hansı birini həll etməyə çalışarsa, dövlətin təməli zəifləyər, hətta çökə bilər. Bu problemlər Ermənistan dövləti və xalqı üçün tabudur. İnanclı insanlar Allahın varlığını necə sorğulamırsa, ermənilər də bu iki məsələyə aid siyasi görüşlərindən əl çəkmirlər".

43 -dən səhifə 44
Top