Lukaşenko: “İnsanları xilas etməliyik”
Xüsusi

21 May 2020

 

 

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkədəki epidemioloji vəziyyətin tədricən yaxşılaşdığını bildirib.

“BelTA”nın xəbərinə görə, ölkə prezidenti deyib ki, hələ arxayınlaşmaq olmaz.

 

Belarus lideri qeyd edib ki, bu yolu sona qədər getməli və bunu hamıya, xüsusən də ölkədə yaşayan hər kəsə sübut etməliyik: “İnsanların həyatı üçün mübarizə aparmalıyıq. Var gücümüzlə insanları xilas etməliyik. Çünki yalnız bir göstərici qalacaq – ölüm”.

A.Lukaşenko təşkilatçılıq bacarığına görə Belarus həkimlərinin və müvafiq nazirliyin işini yüksək qiymətləndirib.

ŞƏRHİNİZİ YAZIN

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.

Top