Dünyanın bu bölgəsi də koronavirusa qalib gəldi
Xüsusi

19 May 2020

 

Dünyanın daha bir bölgəsində koronavirus (COVID-19) xəstəsi qalmayıb.

Addim.az xəbər verir ki, Çin Xalq Respublikasının Makao Özəl İnzibati Bölgəsində infeksiyaya yoluxmuş 45 nəfər hamısı sağalıb.

Beləliklə, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Makaonu koronaviruslu ölkələr siyahısında sıfır göstərici ilə işarələyib.

Qeyd edək ki, bundan öncə Qrelandiya, Sent-Bartelemi, Folklend Adaları, Anguilla, Papua-Yeni Qvineya, Beliz, Yeni Kaledoniya, Farer Adaları, Mavriki, Qərbi Saxara, Sen-Pyer və Mikelon, Karib Niderlandı, Müqəddəs Lüsiya, Şərqi Timor, Kamboca və Eritreya, Fransa Polineziyası, Dominika, Sen Kits və Nevis Federasiyası, Montserrat, Qrinland və Seyşel Adalarında da koronaviruslu xəstə qalmayıb.

ÜST-ün məlumatına görə COVID-19 dünyanın 213 ölkə və bölgəsində qeydə alınıb.

ŞƏRHİNİZİ YAZIN

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.

Top