Bu gün Türkiyədə koronavirusdan daha 78 nəfər ölüb
Xüsusi

02 May 2020

 

Son sutka ərzində Türkiyədə yeni növ koronavirusdan (COVID-19) daha 78 nəfər ölüb.

Bunu Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca sosial media hesabında paylaşıb.

 

Məlumatda qeyd edilir ki, son 24 saatda 36 318 şübhəli koronavirus testindən keçib. Daha 1983 nəfərdə test pozitiv nəticə verib. 

Qeyd edək ki, Türkiyədə koronavirusdan indiyədək 3336 nəfər ölüb.

ŞƏRHİNİZİ YAZIN

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.

Top