Tramp ümumi karantinin tətbiqi imkanından danışdı
Xüsusi

18 Mart 2020

 

ABŞ prezidenti Donald Tramp bildirib ki, milli miqyasda karantin variantı müzakirə edilir.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

"Ümummilli karantin elan etmək olar, amma ümid edirəm, bu lazım olmayacaq. Biz hər şey haqqında düşünürük. Bu çox ciddi addımdır. Bu hansısa bir mənada işləyən təşəbbüs olardı. Biz bu barədə danışırıq, amma bunu etməyə qərar vermədik. Lakin mən sadəcə düşünmürəm ki, buna müraciət edəcəyik”, - ABŞ prezidenti jurnalistlərə deyib.

Daha əvvəl San-Fransisko hakimiyyəti Kaliforniyada və ətraf San-Xose, Berkli, Oklend şəhərlərində təxminən 7 milyon insana aid olan karantin tədbirlərini elan edib. Onlara məhsullar, dərmanlar almaq və ya "ekstremal ehtiyac"lar istisna olmaqla, küçəyə çıxmaq qadağandır.

ŞƏRHİNİZİ YAZIN

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.

Top