Tramp koronavirus testindən keçəcəyini açıqladı
Xüsusi

14 Mart 2020

 

ABŞ prezidenti Donald Tramp bütün dünyada yayılan koronavirus səbəbilə əsaslı addım atacaqlarını bildirib.
 
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Tramp ABŞ-da koronavirus səbəbilə ölənlərin sayının artması ilə ölkədə fövqəladə vəziyyət elan edib. Son rəqəmlərə görə, ABŞ-da məlum xəstəlikdən ölənlərin sayı 41, yoluxanların sayı isə 1700 olaraq göstərilib.
 
Qeyd edək ki, bir neçə gün əvvəl Trampın iştirak etdiyi iclasda koronavirus aşkarlanmışdı. Bu hadisədən sonra ABŞ prezidentinin səhhəti barədə bir çox şayiələr ortaya çıxmışdı.
 
Bu səbəblə Tramp son açıqlamasında koronavirustestindən keçəcəyini bildirib: "Böyük ehtimalla virüs testindən keçəcəyəm. Hazırda bir proqram üstündə işləyirik".  

ŞƏRHİNİZİ YAZIN

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.

Top