Türkiyə Silahlı Qüvvələri Suriyada 18 terrorçunu zərərsizləşdirib
Xüsusi

10 Mart 2020

 

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında 18 PKK/YPG terrorçusunu zərərsizləşdirib.

Trend  xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi bildirib.

Məlumata əsasən, "Sülh bulağı" əməliyyatı keçirildiyi bölgəyə daxil olmağa çalışan 18 PKK/YPG terrorçusu zərərsizləşdirilib.

Qeyd edək ki, ötən ilin 9 oktyabrında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada yeni bir hərbi əməliyyatın başlandığını elan etmişdi.

Onun sözlərinə görə, Suriyanın şimalında yeni antiterror əməliyyatı "Sülh bulağı" (Barış Pınarı) adı altında həyata keçirilir.

 

Dövlət başçısı bildirib ki, Türkiyənin Suriyanın şimalındakı terror ocaqlarını tamamilə məhv edəcək.

 

ŞƏRHİNİZİ YAZIN

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.

Top