İran prezidenti istefaya gedir? - İDDİA
Xüsusi

13 Fevral 2020

 

İranda ölkə başçısı Həsən Ruhaninin istefaya gedəcəyi ilə bağlı şayiələr yayılıb.
 
Bu barədə "Al-Monitor” elektron qəzeti yazıb.
 
Nəşr sözügedən iddiaların arxasında keçmiş deputat Əlirza Zakaninin dayandığını qeyd edib.
 
İddiaya görə, Ə.Zakani ötən həftə mühafizəkar deputatlarla görüş zamanı deyib ki, hakimiyyət ABŞ-la danışıqların başlanmasına nail ola bilməyəcəyi təqdirdə, H.Ruhani istefaya gedəcək.
 
Sözügedən məsələyə artıq rəsmi münasibət bildirilib. İran hökumətinin rəsmi nümayəndəsi və Ruhaninin köməkçisi Əli Rabi məsələ ilə bağlı deyib:
 

"Ruhani prezidentlik müddətinin başa çatmasına qədər ölkəmizlə qalacaq”.

ŞƏRHİNİZİ YAZIN

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.

Top