İran XİN ABŞ-ın xarici siyasətini terrorçuluqla müqayisə etdi
Xüsusi

24 Yanvar 2020

 

İran tərəfi Birləşmiş Ştatların siyasi metodlarını terrorçuluq sayır.

“Reuters” xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Abbas Musəvi deyib.

Xatırladaq ki, ABŞ-ın İranla bağlı xüsusi nümayəndəsi Brayan Huk İranın “Qüds” adlı xüsusi hərbi birləşməsinin yeni rəhbəri İsmayıl Kaanini ölümlə təhdid edib.

“Əgər Kaani amerikalı əsgərləri öldürməyə cəhd edərsə, biz onu məhv edəcəyik”, - deyə Huk vurğulayıb.

A.Musavi hesab edir ki, Hukun sözləri terrorçuluğun bariz nümunəsidir.

ŞƏRHİNİZİ YAZIN

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.

Top