“Türk ulduzları”nın təyyarəsi qəzaya düşdü: Pilot həlak oldu - FOTO
Xüsusi

07 Aprel 2021

 

Türkiyənin Konya bölgəsində təyyarə qəzası baş verib.

Türkiyənin Milli Müdafiə Nazirliyi (MN) qəzaya uğrayan təyyarənin “Türk ulduzları” eskadrilyasına məxsus olduğunu bildirib.

“Təlim uçuşu icra edən “Türk ulduzlarına” məxsus NF-5 təyyarəsi saat 14:15 (Bakı vaxtı ilə 15:15) radələrində Konyada qəzaya uğrayıb”, - deyə Türkiyə MN-dən bildirilib.

 

Qəza Karatay rayonunda yerləşən aviabaza yaxınlığında baş verib.

Hadisə yerinə xilasedicilər cəlb olunub. 

İlkin məlumatlarda bir pilotun həlak olduğu bildirilir. 

ŞƏRHİNİZİ YAZIN

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.

 

Top