SON DƏQİQƏ! Pandemiya tarixinin ƏN XOŞ XƏBƏRİ: ÜST bitəcəyi zamanı açıqladı
Xüsusi

22 Fevral 2021

 

Addim.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə Bölgə direktoru Hans Klüqe deyib.

Danimarkanın dövlət televiziyasına açıqlama verən ÜST rəsmisi 2021-ci ildə əvvəlki ilə nisbətən pandemiyanın daha çox nəzarətdə saxlanıla biləcəyi və idarəolunan vəziyyətə gələcəyini deyib: “Virus haqqında artıq çox şey bilirik. Onun mövcudiyyəti davam edəcək, amma məhdudiyyətlərə ehtiyac qalacağını düşünmürəm. Bu, yaxşı mesajdır”.

Koronavirusun mutasiyaya uğramasını da şərh edən Klüqe bunun normal olduğunu və virusun yoluxduğu insana uyğunlaşmağa çalışdığını bildirib. Lakin yoluxuculuğun sürətini təşvişverici adlandırıb.

O, vaksinlərin əhəmiyyətini də vurğulayıb: “Mutant versiyalara qarşı yeni vaksinlər hazırlamağa ehtiyac görmürük. Vaksinasiya edilmiş şəxslər edilməmişlərlə birgə eyni məkanda olanda özlərinə diqqət yetirməlidirlər”.publika

ŞƏRHİNİZİ YAZIN

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.

 

Top