Bu gün İrəvanda kütləvi itaətizlik aksiyası keçiriləcək

22 Fevral 2021

 

Bu gün saat 18:00-da Ermənistanın paytaxtı Yerevanda “Vətənin qurtuluşu uğrunda” hərəkat kütləvi itaətsizlik aksiyası keçirəcək.

Addim.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Aksiyanın keçirilməsi barədə qərar ötən həftənin sonlarında keçirilən mitinqdə qəbul edilib. Aksiya iştirakıları baş nazir Nikol Paşinyan və onun komandasının istefa verməsini tələb edirlər.

Qeyd edək ki, Ermənistanda Paşinyan əleyhinə kütləvi aksiyalar ötən il noyabrın 10-da Qarabağda hərbi əməliyyatların dayandırılması barədə bəyanatdan sonra başlayıb. Müxalifət fəalları bu günə qədər bir neçə etiraz aksiyası, yürüş keçiriblər. Mitinqlər zamanı baş verən qarşıdurmalarda onlarla insan xəsarət alıb.

ŞƏRHİNİZİ YAZIN

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.

 

Top