Paşinyan əsgərlərin döyüş mövqelərini tərk etməsindən HİDDƏTLƏNDİ
Xüsusi

08 Oktyabr 2020

 

Ermənistan baş naziri Nikol Paşinyan Qarabağda gedən döyüşlər barədə öz fikirlərini bölüşüb.

Addim.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, o, bəzi əsgərlərin döyüş mövqelərini tərk etdiyini, orduda panika yaradan şəxslərin saxlanıldığını deyib.

“Bir neçə gün əvvəl məlumat almışam ki, döyüş bölgəsinə gedən şəxslər əsgərlərə “Nikol torpaqları satıb, bu şərti müharibədi, sizi qırğına verəcəklər və mövqeləri saxlamaq mənasızdır” - deyə çağırışlar edib.

Bu sözlər, hətta hədələr nəticəsində bəzi əsgərlər mövqelərini tərk edərək geri çəkiliblər. Mənim göstərişimlə Milli Təhlükəsizlik Xidməti araşdırmalara başlayıb və əsgərlər arasında panika yaradan Xankəndi sakini saxlanılıb”.

Paşinyan panikaya qapılan bir çox əsgərlərin döyüş mövqeyini tərk etdiyini söyləyib.

ŞƏRHİNİZİ YAZIN

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.

Top