Kadırov: “Prezidentə dedim ki, sizinlə danışanda fərəqətdə dayanıram”
Xüsusi

31 İyul 2020

 

Çeçenistan lideri Ramzan Kadırov Rusiya Prezidenti Vladimir Putin tərəfindən general-mayor rütbəsinə layiq görülməsi zamanı keçirdiyi hisslər barədə danışıb.

Bu barədə “Rossiya 24” məlumat yayıb.

Onun sözlərinə görə, prezidentin zəngini öyrənəndə qaçaraq telefona yaxınlaşıb və farağatda dayanıb.

 

“Prezident: Salam. Oturmusan?”. Mən deyirəm: “Vladimir Vladimiroviç, sizinlə danışanda farağatda dayanıram. O deyir: “Bunun üçün səbəb var”. Fərmanı oxudu və təbrik etdi”, - deyə R.Kadırov bildirib.

O, bu rütbənin sadəcə hərbi deyil, qeyri-adi bir rütbə olduğunu vurğulayıb:

“Ali Baş komandan özü deyir ki, fərman imzalayıb və təbrik edir... Sadəcə, prezident deyil, dahi insan, müdrik siyasətçi, dünyada ən nüfuzlu şəxsdir”.

ŞƏRHİNİZİ YAZIN

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.

Top