Dünyada yeni aqressiv və təhlükəli virus yayılıb
Xüsusi

28 İyul 2020

 

Vyetnamın Dananq şəhərində və ətraf vilayətlərdə koronavirus infeksiyasının əvvəlkindən daha aqressiv və təhlükəli növü yayılıb.

Lenta.ru-nun məlumatına görə, bu barədə Vyetnam hökumətinin informasiya portalında məlumat verilib.

Hazırda dörd nəfərdə yeni virusa yoluxma halı qeydə alınıb. Onlardan ikisi ağciyərlərin süni ventilyasiyası cihazına (ASV) qoşulub.

 

Tədqiqatlara görə, virus sürətlə çoxalır və sürətli şəkildə ağırlaşmaya gətirib çıxarır.

Mütəxəssislər virusun yayılması ilə bağlı iki ehtimal irəli sürüblər: qeyri-qanuni miqrantların ölkəyə daxil olması və Dananqdakı xəstəxanaların birində virusun mutasiyası.

Qeyd edək ki, Vyetnamda bu günə qədər koronavirusa 431 yoluxma halı qeydə alınıb.

 

ŞƏRHİNİZİ YAZIN

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.

Top