Tarixə görə çeşidlənmiş məqalələr Cümə axşamı, 08 Aprel 2021
Cümə axşamı, 08 Aprel 2021 17:58

Dolların məzənnəsi sabit qaldı

Bölmə: İQTİSADİYYAT
Cümə axşamı, 08 Aprel 2021 16:41

Nazirlər Kabineti qərar verdi - TƏSDİQ EDİLDİ

 

Nazirlər Kabineti “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydası”nı təsdiq edib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Həmçinin qərarla ləğv olunmuş Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2014-cü il 10 fevral tarixli 021-Q nömrəli Qərarı ləğv edilib.

Qərara əsasən, dövlət qulluqçusunun cari fəaliyyətinə nəzarətin həyata keçirilməsi məqsədilə onun xidməti fəaliyyəti hər təqvim ilinin sonunda qiymətləndiriləcək.

Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin məqsədi onun il ərzində vəzifəsinin öhdəsindən gəlməsini, tutduğu vəzifəyə dair tələblərin yerinə yetirilməsini qiymətləndirməkdən, onun potensial imkanlarının aşkara çıxarılması və həmin imkanlardan səmərəli istifadə edilməsi, dövlət qulluqçusunun peşə səriştəliyini artırmağa stimullaşdırılması və işçinin gələcək inkişafını müəyyən etməkdən ibarətdir.

Bölmə: SİYASƏT
Cümə axşamı, 08 Aprel 2021 13:29

Toylara niyə icazə verilmir? - VİDEO

 

Bölmə: CƏMİYYƏT
1 -dən səhifə 2

 

Top