Tarixə görə çeşidlənmiş məqalələr Çərşənbə, 07 Aprel 2021
Çərşənbə, 07 Aprel 2021 14:28

Yoluxanların və ölənlərin sayı artdı

 

Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 2 595 yeni yoluxma faktı qeydə alınıb, 1 073 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 37 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 276 464 nəfər koronavirus infeksiyasına yoluxub.

 

Onlardan 244 540 nəfər müalicə olunaraq sağalıb, 3 780 nəfər vəfat edib, aktiv xəstə sayı 28 144 nəfərdir.

Ölkədə son sutka ərzində 14 593 test aparılıb.

Qeyd edək ki, ötən gün sutka ərzində 2 035 nəfər koronavirusa yoluxmuş, 32 nəfər isə vəfat etmişdi.

Bölmə: CƏMİYYƏT

 

“ABŞ rəhbərliyi danışıqlara hazırlığını göstərdi, Tehran isə öz növbəsində bütün sanksiyaların aradan qaldırılması şərtilə nüvə proqramı üzrə öhdəliklərinə qayıtmağa hazırdır”.

“RİA Novosti”nin məlumatına görə, bu sözləri İran Prezidenti Həsən Ruhani bildirib.

“Biz bu gün ABŞ-ın danışıqlar üçün ayıldığı vəziyyəti müşahidə edirik. Biz də təsdiq edirik ki, bütün sanksiyaların aradan qaldırılması qarşılığında nüvə proqramı üzrə öhdəliklərimizə qayıtmağa hazırıq”, - deyə H.Ruhani bildirib.

İran lideri qeyd edib ki, Tehran mövcud problemləri həll etməyə hazırdır.

“ABŞ bu gün özünün danışıqlara hazır olmasından danışır. Bu, İran xalqının qələbəsidir”, - deyə İran lideri vurğulayıb.

Bölmə: DÜNYA
Çərşənbə, 07 Aprel 2021 13:23

Sabah 30 dərəcəyədək isti olacaq

 

Bölmə: MARAQLI
1 -dən səhifə 2

 

Top