Tarixə görə çeşidlənmiş məqalələr Bazar ertəsi, 05 Oktyabr 2020

 

Azərbaycanın işğal altında olan Xankəndi şəhəri ətrafında hücum həyata keçirilən bazalar sıradan çıxarılıb.

"Bars Media" Xankəndi ərazisində partladılan hərbi obyektlərin görüntülərini təqdim edib.

Məlumat üçün bildirək ki, qeyd olunan hərbi bazalar düşmənin ərazidə ən böyük bazası idi. Həmin ərazidən Azərbaycanın mülki əhalisi atəşə tutulurdu.

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin Gəncəni atəşə tutması nəticəsində 1 nəfər ölüb, 32 nəfər xəsarət alıb. Həmçinin Mingəçevir sənaye şəhərinə qarşı raket hücumu təşkil olunub. Bundan əlavə Xızı və Abşeron bölgəsinə iki 300 km məsafəli orta mənzilli raket atılıb.

<iframe width="640" height="360" src="/https://bax.tv/embed/113387.html" frameborder="0" webkitAllowFullScreen mozallowfullscreen allowFullScreen></iframe>

Bölmə: SOSİAL

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 5-də Türkiyənin “TRT Haber” televiziya kanalına müsahibə verib.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. 

Bölmə: SİYASƏT
1 -dən səhifə 2
Top