Tarixə görə çeşidlənmiş məqalələr Bazar ertəsi, 07 Oktyabr 2019
Bazar ertəsi, 07 Oktyabr 2019 19:46

İraqlıların İrana girişi qadağan edildi

 
 
İran hökuməti İraqda baş verən kütləvi aksiyalar səbəbindən İraq vətəndaşlarının ölkəyə girişini qadağan edib.
Bölmə: DÜNYA

Xalq artisti Bilal Əliyev Salyanda yaşayan atası ilə fotosunu paylaşıb.

Bölmə: MARAQLI

Biz Qarabağı ilkin olaraq idoloji cəhbəhədə işğaldan azad etməliyik.

Redaktor.az bildirir ki, bu sözləri hüquq müdafiəçisi, Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının sədri Sahib Məmmədov deyib.

Bölmə: SİYASƏT
Azərbaycan Milli Məclisinin oktyabrın 8-də - sabah keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb.
 
Bölmə: SOSİAL
Bazar ertəsi, 07 Oktyabr 2019 18:42

Qaçqınlar üzrə Ali Komissardan - XƏBƏRDARLIQ

Dünyada milyonlarla insan öz hüquqlarından məhrum edilir. Bunun əsas səbəbi vətəndaşsızlıq hallarına qarşı mübarizədə son dövrdə əldə edilmiş irəliləyişlərin millətçiliyin zərərli formalarının artması nəticəsində təhlükə altında olmasıdır.

Bölmə: CƏMİYYƏT

Təhsil Nazirliyi Kəlbəcər rayonu 108 nömrəli tam orta məktəbin direktoru Bəsti Hüseynovanın müəllimlərdən  pul yığması ilə bağlı iddianı araşdırıb.

Bölmə: CƏMİYYƏT
Daxili İşlər Nazirliyi dünən Bakıda baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb.
 
 

Publika.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, oktyabrın 6-da saat 18 radələrində Biləcəri qəsəbə sakini N.Məmmədov Binəqədi rayonu ərazisində ailə-məişət münaqişəsi zəminində həyat yoldaşı Leyla Məmmədovanı bıçaqla qətlə yetirib. Binəqədi Rayon Polis İdarəsi 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən N.Məmmədov saxlanılıb.

Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
 

Qeyd edək ki, hadisə avtovağzalın yaxınlığında, insanların gözü qarşısında törədilib.

Bölmə: CƏMİYYƏT
Bazar ertəsi, 07 Oktyabr 2019 15:08

Bakıda 5 nəfər evə basqın etdi

Şübhəli bilinən Bakı şəhər sakini H.Həsənov saxlanılıb

Bakıda evdə basqın olub.

Bölmə: HADİSƏ
Bazar ertəsi, 07 Oktyabr 2019 14:49

Sevil-Sevinc bacılarından bəd - XƏBƏR

Müğənnilər Sevinc və Sevil Səfərovanın insult keçirən anası hələ də reanimasiyadadır.
Bu barədə Oxu.Az-a bacıların prodüseri Aysel məlumat verib.

Bölmə: SOSİAL
"ABŞ bizə verdiyi sözün üstündə dayanmadı. Buna görə də Türkiyə Silahlı Qüvvələrinin hərbi əməliyyatlarına cavab verəcəyik”.
 
Publika.az xəbər verir ki, bunu PKK/YPG terror təşkilatının Suriya Demokratik Qüvvələri açıqlayıb.
Açıqlamada ABŞ qüvvələrinin Türkiyə-Suriya sərhədindən geri çəkildiyi də qeyd olunub.
 
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub. Danışığın detallarını Ağ Ev açıqlayıb. Fərat çayının şərqində terror ünsürlərinə qarşı hazırlanan hərbi əməliyyatların müzakirə edildiyi danışıqda Türkiyənin yaxın zamanda Suriyanın şimalına doğru uzun müddətdir planlaşdırdığı əməliyyat üçün hərəkətə keçəcəyi bilgisi verilib. ABŞ tərəfindən isə Silahlı Qüvvələrinin bu hərəkatı dəstəkləməyəcəyi və daxil olmayacağı qeyd olunub.
 
Daha əvvəl ABŞ Müdafiə Nazirliyi İŞİD terror təşkilatı ilə mübarizəni bəhanə edərək hərbi təchizat və logistika dəstəyi verdiyi PKK/YPG terror təşkilatına onları Türkiyəyə qarşı qoruyacağını sözünü vermişdi.
 
Bölmə: DÜNYA
1 -dən səhifə 2
Top