Tarixə görə çeşidlənmiş məqalələr Cümə axşamı, 17 Oktyabr 2019

Bu il şəhərlərarası yolların çəkilişinə və kənd yollarının tikintisinə vəsait nəzərdə tutulub.
Anews.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədovla görüşündə dilə gətirib.

Prezident bildirib ki, Bakı qəsəbələrinin yollarına diqqət yetirilməlidir:
"O cümlədən, son dəfə mən sizə tapşırıq verdim ki, Bakı qəsəbələrinin yollarına da diqqət yetirilsin. Bakının həm qəsəbələrarası, həm də qəsəbədaxili yolları təmir olunmalıdır, yeni yollar çəkilməlidir.
Bəzi yerlərdə hələ torpaq yollar mövcuddur. Torpaq yollar olmamalıdır. Qəsəbədaxili yollara asfalt vurulmalıdır”.

Bölmə: SİYASƏT
Cümə axşamı, 17 Oktyabr 2019 18:02

“Facebook”, “İnstagram” və "WhatsApp" çökdü

"Facebook”, "İnstagram” və "WhatsApp"ın işində problem yaranıb. 

Bölmə: SOSİAL
«Dövlət Nəzarət Təhlükəsizlik Departamenti» MMC-nin, habelə həmin Cəmiyyətin Bakı Regional Texniki Təhlükəsizlik İdarəsinin əməkdaşlarının qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinə daxil olmuş vətəndaşların müraciətləri əsasında araşdırmalar aparılıb.
 
 
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, ilkin araşdırmalarla «Dövlət Nəzarət Təhlükəsizlik Departamenti» MMC-nin işçilərinin özbaşına müxtəlif dövlət orqanlarının, o cümlədən hüquq mühafizə orqanlarının xüsusi geyim formalarından istifadə etməklə, özlərini həmin dövlət qurumlarının əməkdaşları kimi təqdim edib ayrı-ayrı sahibkarlıq subyektlərində yoxlama və digər tədbirlər adı altında qanunsuz hərəkətlər törətmələrinə dair əsaslı şübhələr müəyyən edilib.
 
Qeyd edilən faktlarla yanaşı, «Dövlət Nəzarət Təhlükəsizlik Departamenti» MMC-nin təsisiçisi və faktiki rəhbəri, habelə həmin Cəmiyyətin Bakı Regional Texniki Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsində işləyən Sahib Hüseynovun Sumqayıt şəhər sakinləri Elvin Əliyevi və Elbəy Allahverdiyevi təsisçisi olduğu «Dövlət Nəzarət Təhlükəsizlik Departamenti» MMC-yə mütəxəssis vəzifəsinə işə götürməyə görə həmin Cəmiyyətin mütəxəssisi vəzifəsində işləyən öz qardaşı Hüseynov Ruslan Vahid oğlu vasitəsi ilə Elvin Əliyevdən 2 min manat, Elbəy Allahverdiyevdən isə 700 manat məbləğində pul vəsaitini rüşvət qismində almasına, bundan sonra qəbul etdiyi əmrlərlə həmin şəxsləri xüsusi geyim forması ilə təmin etməklə qeyd edilən şirkətdə mütəxəssis vəzifəsinə təyin etməsinə, daha sonra törətmiş olduğu həmin cinayət əməlini pərdələmək məqsədi ilə işə yeni qəbul edilmiş sözügedən işçilərin xidməti geyim forması, ixtisartırma və digər cari xərcləri ilə bağlı onlarla özü arasında saxta müqavilə bağlamasına və bu yolla da «Dövlət Nəzarət Təhlükəsizlik Departamenti» MMC-yə rüşvət qismində aldığı 2.700 manat pulun ödənilməsi barədə həmin müqavilənin məzmununa bilə-bilə yalan məlumatlar daxil edərək təsdiq etməsinə əsaslı şübhələr müəyyən edilib.
 

Qeyd edilən qanunsuz hallarla bağlı fakta görə Baş İdarədə Cinayət Məcələsinin 308.1 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.1-ci (Rüşvət alma) maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə toplanmış ilkin sübutlar əsasında Sahib Hüseynov Cinayət Məcəlləsinin 311.3.2 (Təkrar törədilməklə rüşvət alma) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
 

 Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin, habelə «Dövlət Nəzarət Təhlükəsizlik Departamenti» MMC-nin əməkdaşlarının özünü dövlət qurumlarının vəzifəli şəxsləri kimi təqdim etməkə qanuni mənafelərini pozmuş olduqları sahibkarlıq subyektlərinin dairəsinin tam müəyyənləşdirilməsi, habelə vurulmuş ziyanın ödənilməsinin təmin olunması istiqamətində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bölmə: CƏMİYYƏT
Cümə axşamı, 17 Oktyabr 2019 17:35

Daha bir azərbaycanlı kişi arvadını ÖLDÜRDÜ

Gürcüstanın Bolnisi rayonunun azərbaycanlıların yaşadığı Talaveri (Faxralı) kəndində qətl törədilib.
Bölmə: HADİSƏ
Cümə axşamı, 17 Oktyabr 2019 15:04

FTB Ermənistanda araşdırma aparır

Federal Təhqiqatlar Bürosunun bir qrup əməkdaşı müəyyən müddətdir Ermənistanda çalışır və ABŞ-da daimi yaşayış alan bəzi yerli vətəndaşların şəxsi işlərini tədqiq edir.

Bölmə: DÜNYA
Cümə axşamı, 17 Oktyabr 2019 14:53

Tiflis Azərbaycandan enerji idxalını 40% artırdı

Gürcüstan yanvar-sentyabr ayları ərzində Azərbaycandan elektrik enerjisi idxalını 39,6% artırıb.

Bölmə: İQTİSADİYYAT
Məktəblərdə müxtəlif dizaynda vahid məktəbli formalarının olması nəzərdə tutulur.
Bölmə: SOSİAL
Cümə axşamı, 17 Oktyabr 2019 14:17

Vilayət Eyvazov rəisi vəzifəsindən AZAD ETDİ

Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, polis general-mayoru Mehman Təhməzov vəzifəsindən azad edilərək təqaüdə göndərilib.
 
 

Anews.az  bildirir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, M.Təhməzov xidmətdə olmanın son həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.
 

İnterpolun Milli Mərkəzi Bürosunun rəisi vəzifəsinə hələ ki, təyinat olunmayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən faktı təsdiqləyiblər.
 

Qeyd edək ki, M.Təhməzov Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisi vəzifəsinə 2012-ci ildə təyin edilib.

Bölmə: CƏMİYYƏT
Cümə axşamı, 17 Oktyabr 2019 14:03

Hava buludlu olacaq

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb.
Bölmə: CƏMİYYƏT
Cümə axşamı, 17 Oktyabr 2019 13:52

İçki ixracında iki dəfəyə yaxın artım var

 
 

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 20 276,19 min ABŞ dolları dəyərində alkoqollu və alkoqolsuz içkilər, spirt ixrac edib.

Bölmə: CƏMİYYƏT
1 -dən səhifə 3
Top