Kamil Musavi işlətdiyi söyüşdən DANIŞDI - Rəqibinin yeni videosunu yaydı
Xüsusi

07 Fevral 2020

 

 

Salyan-Neftçala seçki dairəsindən deputatlığa namizədlər AVP sədri Fəzail Ağamalı ilə qazi Kamil Musavi arasında gərginlik yaranıb.
 
Görüşdə K.Musavi qeyri-etik söz işlədib.

Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən qazi qeyri-etik söz işlətdiyini təsdiqləyib:

"Mən emosiolara qapılıb oradakı sözü işlətmişəm. Niyə oradakı məktəb müəllimlərinin etdiyi qanunsuzluqlardan demirlər. Kamilin bir sözündən danışırlar. Məktəbdə dərsi qoyub müəllimləri digər namizədin görüşünə aparırlar. Orada vətəndaşları döyüb, telefonlarını sındırırlar. Bu barədə ekspertə və polisə müraciət etmişik. Bunlardan niyə demirlər?
 
K.Musavi aksiyada iştirak edənlərin içkili olması ilə bağlı iddialara da cavab verib: 
 

"Orada içkili kim olub? Gəlib göstərsinlər. İçkili adam onun öz ətrafında ola bilər. Bizim ətrafımızda olan camaat sağlam və dövlətçiliyi sevən adamlardır. Ürəyi hara istəyir şikayət etsin. Demokratik ölkədə yaşayırıq. Bir nəfər döyülüb, iki nəfərin də telefonu qırılıb. Fəzail Ağamalının köməkçisi adamları döyürdü. Bundan başqa orada adam döyənlər arasında müəllimlər və direktor da olub. Bununla bağlı polisə də müraciət etmişik".

 

https://ok.ru/video/1378992720483

ŞƏRHİNİZİ YAZIN

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.

Top