Mədəniyyət naziri vəzifəsini icra edən şəxs məlum oldu
Xüsusi

22 May 2020

 

Azərbaycanın Mədəniyyət naziri vəzifəsinin icrası nazir müavininə tapşırılıb. 

Addim.az report-a istinadən xəbər verir ki, nazirin səlahiyyətlərini Mədəniyyət nazirinin birinci müavin Vaqif Əliyev icra edir.

O, 2011-ci ilin fevralın 18-də Mədəniyyət və Turizm nazirinin müavini təyin olunub. V.Əliyev 2018-ci ilin mayın 18-dən Mədəniyyət nazirinin birinci müavini vəzifəsini tutur.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev mayın 21-də Əbülfəs Qarayevin Mədəniyyət naziri vəzifəsindən azad olunması haqqında sərəncam imzalayıb.

ŞƏRHİNİZİ YAZIN

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.

Top