Baş Prokurorluqda şok dəyişiklik: müavinlər işdən çıxarıldı - GƏLİŞMƏ
Xüsusi

21 May 2020

 

Baş Prokurorluqda ciddi kadr dəyişiklikləri baş verir.

“BakuPost” xəbər verir ki, Baş prokuror Kamran Əliyev birinci müavini Rüstəm Usubovun, müavin Namiq Əsgərovun, digər müavin, Baş Prokurorluğun Kadrlar İdarəsinin rəisi Nazim Rəcəbovun tutduqları vəzifədən azad olunmaları üçün Prezident İlham Əliyevə təqdimat göndərib.

Onlarla bağlı Prezidentin bu gün sərəncam verəcəyi gözlənilir.
İşdən çıxarılan şəxslərin ikisinin yerinə kimlərin təyin ediləcəyi də artıq məlumdur.

Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov "BakuPost"a bildirdi ki, rəsmi sənəd olmadığından sözügedən məsələ ilə bağlı açıqlama verə bilməz.

ŞƏRHİNİZİ YAZIN

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.

Top