Həyat əhəmiyyətli obyekt rəhbərlərinə tövsiyə: İşçilərin həftəlik növbə əsasında yarısı işə cəlb edilsin
Xüsusi

24 Mart 2020

Obyektlərdə şəxsin (şəxslərin) koronavirusa yoluxma halı qeydə alınarsa, kollektivin tam tərkibi karantinə alınacaq.

paralel.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında qeyd olunub.

Müəssisə və şirkət rəhbərlərinə müraciət edən Nazirlik insanları maksimum diqqətli olmağa çağırıb.

Bildirilib ki, koronavirus pandemiyasının (COVİD-19) yayılması təhlükəsi ilə bağlı məhdudlaşdırıcı tədbirlərin həyata keçirildiyini və obyektlərdə koronavirusa yoluxma halı qeydə alınarsa, həmin şəxslə (şəxslərlə) birlikdə işçilərin tam tərkibdə karantinə alınacağını nəzərə alaraq, iş fəaliyyəti məhdudlaşdırılmayan həyat əhəmiyyətli, eləcə də mühüm istehsal, emal və satış obyektlərinin fasiləsiz fəaliyyətini təmin etmək məqsədilə müəssisə və şirkət rəhbərlərinə işçilərin həftəlik növbə əsasında 50%-nin işə cəlb edilməsi tövsiyə olunur.

Belə ki, obyektdə işləyən şəxsdə (şəxslərdə) koronavirusa yoluxma baş verərsə, həmin şəxslə (şəxslərlə) birlikdə olan digər işçilər tam tərkibdə karantinə alınmalı, müvafiq dezinfeksiya tədbirlərindən sonra işçilərin digər 50%-i ilə obyektin fasiləsiz fəaliyyəti təmin edilməlidir.

ŞƏRHİNİZİ YAZIN

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.

Top