Nazirlər Kabineti rəsmisi kreditlərin ödənilməsi məsələsindən danışdı - RƏSMİ
Xüsusi

23 Mart 2020

 

“Koronavirus pandemiyası dövründə vətəndaşların kreditləri ödəməsi məsələsi ilə bağlı təkliflər hazırlanır”. 

Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, Prezidentin sərəncamı var ki, iqtisadi artımı saxlamaq, insanların müdafiəsini gücləndirmək, iqtisadi itkilərin vurduğu ziyanı minimallaşdırmaq üçün təkliflər verilib, İşçi qrupu formalaşdırılıb:

 

“İşçi qrupa 15 gün vaxt verilib ki, aprelin 3-dək bu təkliflər hazırlansın və Nazirlər Kabinetinə təqdim olunsun”.

O əlavə edib ki, Prezidentin siyasi iradəsidir ki, insanların üzərinə düşən ağırlığa dövlət şərik olacaq və onu yüngülləşdirməyə çalışacaq:

“Bunun hansı formada olacağı təkliflərdən asılı olacaq”.

ŞƏRHİNİZİ YAZIN

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.

Top