Əmanətlərin Sığortalanması Fondu vətəndaş qəbulunu məhdudlaşdırdı
Xüsusi

17 Mart 2020

 

Əmanətlərin Sığortalanması Fondu və ləğv prosesində olan banklar vətəndaş müraciətlərinin qəbulunu elektron qaydada həyata keçirir.

Martın 17-də 2020-ci il Koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması ilə əlaqədar Nazirlər Kabineti yanında operativ qərargahın xüsusi rejimdə iş üzrə təlimatını, habelə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) insanların sıx toplaşdıqları yerlərin qapadılmasına dair tövsiyəsini nəzərə almaqla, Əmanətlərin Sığortalanması Fondu və Fondun ləğvetməsində olan banklar üzrə vətəndaş qəbulu 2020-ci il martın 17-dən 29-dək məhdudlaşdırır. 

 

Bu dövr ərzində vətəndaş müraciətləri elektron formatda e-gov.az “Elektron Hökumət” portalı vasitəsilə adif.az saytı üzərindən və Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. e-mail ünvanı vasitəsilə (şəxsiyyəti təsdiq edən sənədin sürəti əlavə edilməklə) qəbul olunacaq. 

Vətəndaşlar “941” qısa nömrə və (994 12) 596-65-91, (994 12) 596-65-92, (994 12) 596-65-93 telefon nömrələri vasitəsilə zəruri məlumatları ala bilərlər.

ŞƏRHİNİZİ YAZIN

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.

Top