Azərbaycan - İran sərhədinin açılmasına dair vacib xəbər - RƏSMİ
Xüsusi

12 Mart 2020

 

Azərbaycan iranla sərhədin məhdudlaşdırıcı rejimlə fəaliyyətini 2 həftə də artırıb. 

Addim.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında operativ qərərgah məlumat yayıb. 

"Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının (COVİD-19) qlobal pandemiya elan olunduğunu nəzərə alaraq, Azərbaycan Respublikası ərazisində virusun yayılmasının qarşısını almaq məqsədilə 29 fevral 2020-ci il tarixində qəbul edilmiş İran İslam Respublikası ilə sərhədin məhdudlaşdırıcı rejim əsasında müvəqqəti bağlı saxlanmasına dair qərar növbəti iki həftə müddətinə uzadılmışdır" - deyə məlumatda qeyd olunub. 

ŞƏRHİNİZİ YAZIN

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.

Top