İran TV-sindən Türkiyə və Azərbaycana qarşı təxribat - FOTO
Xüsusi

14 Yanvar 2020

 

Xaricdə fəaliyyət göstərən “İran İnternəşnl” (Iran International) telekanalında Azərbaycan və qonşu ölkələrin ərazi bütövlüyünü sual altına alan görüntü efirə gedib.

Axar.az xəbər verir ki, sözügedən telekanala İran Kürdüstan Demokrat Partiyasının rəhbər şəxslərindən biri dəvət edilib və fona “Kürdüstan bayrağı”nın təsviri yerləşdirilib. Görüntüdəki “bayraq” Güney və Quzey Azərbaycan, Türkiyə, İraq, Suriya və hətta Gürcüstanın da bir hissəsini əhatə edib.

Güneyli fəallar bunu sözügedən ölkələrin ərazi bütövlüyünün pozulması kimi qiymətləndiriblər.

Qeyd edək ki, “İran İnternəşnl” telekanalının panfarsizm ideyalarını təbliğ etdiyi və bölgədəki türk millətinin milli mənafeyinin əleyhinə fəaliyyət göstərdiyi bildirilib.

ŞƏRHİNİZİ YAZIN

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.

Top