“Seçicilər deputatlardan şəxsi xahiş edərək çətinliklərə salırlar”- Deputat Tahir Kərimli
Xüsusi

29 Oktyabr 2019

Xəbər verdiyimiz kimi, Milli Məclis deputatlarla bağlı yenilik edib. Belə ki, əvvəllər Milli Məclisin rəsmi saytındakı “Deputatlar” bölməsində hər bir parlamentarinin ancaq təvəllüdü, təmsil olunduğu partiya və üzv olduğu komitə qeyd edilirdisə, bu dəfə “Deputatla əlaqə” bölməsi də yaradılıb.

Milli Məclisin deputatı Tahir Kərimli Bizimyol.info-ya açıqlamasında əlçatmaz deputatları qınamayıb.

Tahir Kərimli Tahir Kərimli

“Kimsə əlçatandır, kimsə əlçatan deyil. Bunun təsnifatını eləmək çətindir. Deputatları qınamaq olmur. Deputatlardan o qədər xahiş edib çətinliklərə salırlar... Görüşlər keçirəndə vətəndaşlar ancaq şəxsi xahişlərini edirlər. Ona görə də bəzi deputatlar seçicilərdən qaçırlar. Çünki bəzi şəxsi xahişlər var ki onları yerinə yetirmək imkan xaricində olur. Ona görə də, bəzən əlçatmaz deputatlara haqq qazandırmaq olur”,-deyə T.Kərimli deyib.

ŞƏRHİNİZİ YAZIN

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.

Top