Ramiz Mehdiyevin PA-dakı postu ləğv edilir
Xüsusi

29 Oktyabr 2019
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında struktur dəyişikliyi olacaq. Yeni dəyişikliyə görə, Prezidentin İcra Aparatının rəhbəri postu ləğv ediləcək. 
 

Bu barədə Gununsesi.org-a daxil olan məlumatda bildirilir. Məlumata görə, bununla bağlı Prezident İlham Əliyev yaxın günlərdə fərman imzalayacaq.

Bu dəyişiklikdən sonra  Prezident Administrasiyası texniki struktur kimi fəaliyyət göstərəcək.
 

Məlumatda o da qeyd edilir ki, PA -dakı struktur dəyişikliyi Gürcüstan təcrübəsinə uyğun həyata keçiriləcək.

Bu isə o deməkdir ki, artıq PA rəhbərinin kimin olmasından asılı olmayaraq, bu qurumun dövlət strukturlarına təsir imkanı və idarəetməyə birbaşa rəhbəlik etməsi imkansız olacaq.
 
İndiqə qədər Ramiz Mehdiyev faktiki olaraq dövləti idarə edən əsas şəxs idi.  Konstitusiya ilə ölkənin ikinci şəxsi Baş nazir olsa da Prezident olmadığı dönəmlərdə bütün səlahiyyətləri məhz PA rəhbəri icra edib.
 

Artıq bu barədə hakimiyyət daxilində hər kəs məlumatlı olduğundan bu vəzifə üçün ciddi səy göstərənlər də yoxdur.

ŞƏRHİNİZİ YAZIN

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.

Top