Koronavirusa görə bağlanmış məktəblərin sayı dördə çatdı - RƏSMİ
Xüsusi

23 Fevral 2021

 

 

Azərbaycanda koronavirusla (COVID-19) əlaqəli distant təhsilə keçən məktəblərin sayı məlum olub.

Təhsil Nazirliyindən Addim.Az-ın sorğusuna cavab olaraq bildirib ki, fevralın 22-dək distant təhsilə keçirilmiş siniflərin sayı 84-dür:

“Distant təhsilə keçirilmiş məktəblərin sayı dörddür. Gigiyena və Epidemiologiya mərkəzlərinin qərarına əsasən, distant təhsilə keçirilmiş təhsil müəssisələri Respublika İncəsənət Gimnaziyası, Bakı şəhəri 82 nömrəli, Gəncə şəhəri 37 nömrəli və Ağdam rayonu Əfətli kənd tam orta məktəbləridir”.

ŞƏRHİNİZİ YAZIN

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.

 

Top