Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 509 yeni yoluxma - FOTO
Xüsusi

16 Oktyabr 2020

 

Azərbaycanda koronavirusa (COVID-19) 509 yeni yoluxma faktı qeydə alınıb, 129 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, iki nəfər COVID-19-dan vəfat edib.

Aktiv xəstə sayı 3368 nəfərdir.


Ölkədə son sutka ərzində 7878, hazırkı dövrədək isə 1209802 test aparılıb.

Ümumi ölənlərin sayı 621 nəfərdir.

Ümumi yoluxanların sayı 43789 nəfər, ümumi sağalanların sayı 39800 nəfərdir.

ŞƏRHİNİZİ YAZIN

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.

Top