TƏBİB: “Həkimlərimiz cəbhə bölgəsində çalışmağa can atırlar”
Xüsusi

16 Oktyabr 2020

 

Ermənistanın atəşə tutduğu bölgələrdə xəstəxanalarımız fəaliyyətini davam etdirir, həkimlərimiz yaralıların xidmətindədir”.

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, TƏBİB-in həmin ərazilərdə xüsusi həkim briqadaları var:

“Bu gün həkimlərimiz cəbhə bölgəsində çalışmağa can atırlar. Bakıdan həmin xəstəxanalara həkim briqadası ezam olunub. Könüllü olaraq gedən həkimlərimiz də var. Lakin biz koronavirusla mübarizəni unutmamalıyıq.

Bir həkimin yoluxması 14 gün fəaliyyət göstərə bilməməsi deməkdir. Koronaviruslu xəstələrin həkimlərə ehtiyacı var. Bunu nəzərə alaraq, həkimlər də özlərini qorumalıdır ki, pandemiya xəstəxanaları xəstələrlə dolmasın”.

ŞƏRHİNİZİ YAZIN

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.

Top