Dərbəndin başçısı vəzifəsini icra edən Fuad Şıxıyev həbs olundu
Xüsusi

01 Avqust 2020

 

Dağıstanın Dərbənd rayonunun başçısı vəzifəsini icra edən Fuad Şıxıyev iki ay müddətinə həbs olunub.
 
Bu barədə TASS Mahaçqalanın Sovet Rayon Məhkəməsinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
 
“Məhkəmənin qərarı ilə şübhəli şəxs iki ay, yəni sentyabrın 30-dək həbsə salınıb”, - deyə məlumatda bildirilib.
 
Qeyd edək ki, F.Şıxıyev torpaq sahələrinin mənimsənilməsi və satışı ilə məşğul olan cinayətkar dəstənin təşkilində şübhəli bilinir. İlkin məlumatlara görə, qrupun hərəkətlərindən zərər 200 milyon rubl (4 577 228 AZN) təşkil edib. (oxu.az)

ŞƏRHİNİZİ YAZIN

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.

Top