Ermənistan təşviş içində: Sədərəyin Kərki kəndi də Azərbaycana qaytarılacaq
Xüsusi

04 Yanvar 2021

 

“Şurnux kəndindən sonra Ararat vilayətinin Tiqranaşen kəndi (Sədərək rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Kərki kəndi nəzərdə tutulur) də Azərbaycana qaytarılacaq”.

“Vestnik Kavkaza”nın məlumatına görə, bu barədə erməni politoloqlarından Hrant Melik-Şahnazaryan özünün “Facebook” səhifəsində bildirib.

 

“Bunu haradan öyrəndiyimi sourşmayın. Cavab internetdə var. Ay yarım əvvəl Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin məlumatını oxuyun. Orada yazılıb ki, Yerasxa ilə yanaşı Paruyr Syak kəndində blokpost quraşdırılacaq. Sonra  xəritədə Paruyr Syakı tapın və hər şey aydın olacaq”, - deyə o, əlavə edib.

ŞƏRHİNİZİ YAZIN

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.

 

Top